fbpx

Elektroepilyasiya aparatları

Elektroepilyasiya aparatları

Elektroepilyasiya yeganə metoddur ki, tüklərin rəngindən asılı olmayaraq (ağ tüklər də daxil olmaqla) hər tük tipi və hər tip dəri növü üçün uyğundur. Ağ tüklər bir çox xanımları narahat edən əsas problemlərdən biridir. Elektroepilyasiya bu problemi həll edir.

Lazer şüası yalnız melanin piqmentinə təsir göstərdiyindən, lazer epilyasiyası ağ tüklərə təsir etmir. Ağ tüklərin aradan qaldırılmasının ən etibarlı üsullarından biri elektroepilyasiya hesab olunur

Elektroepilyasiya aparatları iki cür olur:
– Pinsetli elektroepilyasiya
– İynəli elektroepilyasiya

Bəzi pinsetli elektroepilyasiya aparatlari həm də papiloma, ziyil və ət xallarının götürülməsi üçün koaqulyasiya başlığına sahibdir.

İynəli epilyasiyada (elektroepilyasiyada) hər tük kökünə iynələr batırılır və bu iynələrə verilən elektirik sayəsində tük köklərini yox edir.