Lazer epilyasiya kursu müddətində bütün aparatların təlimi keçirilir. Aleksandrit və diod lazer, fotoepilyasiya aparatlarının incəlikləri öyrədilir.
Mesa Academy beynəlxalq standartlaşdırma təşkilatı (ISO) tərəfindən «ISO 9001:2015», «ISO 29993:2017» standartları ilə akkreditasiya olunmuş tədris müəssisəsidir.
Lazer epilyasiya kursu 1 ay davam edir. Lazer epilyasiya kursu həftədə 3 dəfə 1 saat olmaqla nəzəri, praktiki sərbəst işləmədən ibarətdir. Həftəlik 3 saat, aylıq 12 saat.
⠀
Kursa daxildir:
✅ Nəzəri hissə
✅ Praktiki hissə
✅ Sərbəst işləmə
✅ ISO beynəlxalq standartlı Diplom və Sertifikat (ISO 9001/29993)
⠀
Lazer epilyasiya kursunu bitirən tələbələr kursu uğurla başa vurduqlarını təsdiqləyən sertifikatı almaq üçün imtahandan keçirlər. İmtahan nəticələri təlimçi tərəfindən uğursuz sayılan tələbələr növbəti imtahana daxil olmaq üçün təlimçi həkimlə ödənişsiz olaraq hazırlıqlarını davam etdirirlər. Bu hal imtahanı uğurla keçib sertifikat verilənədək davam edir.
⠀
Təlimçi kursu başa vuran məzunların suallarını 3 ay ərzində cavablandırmaqda öhdəlik daşıyır.
⠀
Bu işi oyrənmək istəyən hər kəs kursda iştirak edə bilər. Lazer epilyasiya kursunda iştirak etməklə lazeroloq üçün tələb olunan bilik və bacarıqları nəzəri praktiki olaraq əldə edəcəksiniz. Bu işi öyrənmək istəyən hər kəs kursda iştirak edə bilər.
Kurs proqramına daxildir:
• Dərinin quruluşu
• Tük haqqında məlumat
• Ümumi epilyasiya aparatlar haqqında məlumat
• Lazer şüası ilə işləyən epilyasiya aparatları
• Tük və melanin haqqında məlumat
• Epilyasiyada göstəriş və əks göstəriş
• Epilyasiya aparatlarının bir-birindən fərqləndirən xüsusiyyətlər
• Epilyasiya zamanı fərdi və ümumi gigiyenik qaydalar
• Aleksandrit lazer epilyasiya aparatı və onunla epilyasiya qaydası
• Diod lazer epilyasiya aparatı və onunla epilyasiya qaydası
• ND: Yag lazer epilyasiya aparatı və onunla epilyasiya qaydası
• Bədənin bütün nahiyyələrində epilyasiya qaydası
• Pasiyent psixologiyası və pasiyentlə davranış qaydası
• Foto epilyasiya aparatı və onunla epilyasiya qaydası
• Elos epilyasiya aparatı və onunla epilyasiya qaydası
• Çoxfunksiyalı epilyasiya aparatları və onunla epilyasiya qaydaları
• Sərbəst iş
• Göstəriş və əks göstəriş
Lazer epilyasiya kursu barədə ətraflı olaraq aşağıdakı videodan baxa bilərsiniz. (Lazer epilyasiya mütəxəssisi – Fazilə Məmmədova)