fbpx

Akademiya

"Mesa Academy"nin üstünlükləri

Müəssisə Azərbaycanda beynəlxalq standartlaşdırma təşkilatı (ISO) tərəfindən ISO 9001:2015, ISO 29993:2017 standartları ilə akkreditasiya olunmuş tədris müəssisəsidir. Yüzlərlə kosmetoloq və mütəxəssislərin yetişdirilməsi və ixtisaslı kadrların işlə təmin olunmasında əhəmiyyətli dərəcədə rolu olan Mesa Academy eynilə Rusiya Federasiyasında da fəaliyyət göstərir.

Nə üçün biz?

Dərslər tədris mərkəzinin ixtisaslı praktiki həkim-kosmetoloqları və dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilir.  Mesa Academy  10 ilə yaxındır fəaliyyət göstərən və 60-a yaxın dünya brendinin ölkə distribütoru olan Mesa Group MMC-nin bir qolu olduğundan kursumuza daim xarici zavod və istehsalçılardan, müxtəlif Beynəlxalq Akademiyalardan elmi dərəcəli həkimlər və mütəxəssislər cəlb olunur. Bu da tədrisdə keyfiyyətin və xarici təcrübənin artmasında mühüm rol oynayır.

Fəaliyyətimiz

Kosmetologiya və lazer epilyasiya kursları

“Mesa Academy” tədris mərkəzi 2018-ci ildən fəaliyyət göstərir.

”Mesa Academy” MMC-in əsas fəaliyyəti Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun və Beynəlxalq Standartlara cavab verən tibbi, kosmetologiyalazer epilyasiya tədrisi verməkdir.

“Mesa Academy”də aşağıdakı kurslar keçirilir:

Lazer Epilyasiya Cihazları 
Üçün Peşəkar Texnik Xidmət

Beynəlxalq standartlara uyğunluq

Mesa Academy beynəlxalq standartlara uyğun qurularaq akkreditasiya olunmuş tədris müəssisəsidir. Mesa Academy 2022-ci ilin avqust ayında ISO 9001:2015 sertifikatını alıb.

ISO 9001 standartının tətbiqi təşkilatın davamlı inkişafının təmin olunması, istehsal göstəricilərinin yüksəldilməsi və inkişaf etdirilməsi, istehlakçıların tələbatlarını fasiləsiz təmin etməklə məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına imkan verir. Bu sertifikat Mesa Academy MMC-nin idarəetmə və təşkilati işlərdə effektliyini təsdiqləyir.

 

2022-ci ildə ISO 29993:2017 sertifikatı almışdır. ISO 29993:2017 rəsmi təhsildən kənar təhsil xidmətləri üçün tələbləri müəyyən edən ümumi bir qlobal keyfiyyət standartıdır. Bu standart keyfiyyətli təhsilin həyata keçirilməsi üçün minimum beynəlxalq tələblərin təmin edilməsi yolu ilə bazarda şəffaflığı və inamı artırmaq məqsədilə hazırlanmışdır.

ISO 29993:2017

ISO 9001:2015

ƏTİS Üzrə Siyasət Forması